12-ci turun hansı oyunları canlı yayımlanacaq?

15:50 - 26 Oktyabr 2013

Premyer Liqanın üç oyunu canlı yayımda
 
Azərbaycan Premyer Liqasında XII turun 3 oyunu canlı yayımlanacaq.
 
Sportal.az xəbər verir ki, noyabrın 1-i, cümə günü saat 15:00-da başlayacaq "Bakı" - "Simurq" matçı "İdman Azərbaycan"ın canlı efirində olacaq. Ertəsi gün saat 19:00-da start fiti səslənəcək "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması da sözügedən kanalda təqdim ediləcək. AzTV isə bazar günü saat 17:00-da start veriləcək “Qarabağ” - "Qəbələ" görüşünü göstərəcək.

Xəbər xətti