"Bugünkü oyundan bilinirdi ki, biz uğur qazanacağıq"

21:27 - 26 Oktyabr 2013

Sxadadze:"Vaqif Sadıqov yaxşı komanda yaradıb"
 
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze  Premyer Liqanın 11-ci turunda AZAL-ı məğlub (2:0) etdikləri oyundan sonra açıqlama verib.
 
Sportal.az xəbər verir ki, o, komandasının oyunundan və görüşün nəticəsindən razı qaldığını deyib:
"Bakı" ilə oyundan bu yana bizdə müsbətə doğru dəyişiklik var. Sevindirici haldır ki, futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırlar. AZAL-ın kollektiv ruhu var, bu cür komandaya qarşı oynamaq çox çətindir. Vaqif Sadıqov yaxşı komanda yaradıb. Bugünkü oyundan bilinirdi ki, biz uğur qazanacağıq. Komandamı təbrik edirəm”.

Xəbər xətti