"İnter"ə qələbə qazandıran futbolçu:"Kifayət qədər yaxşı oynamağa çalışdım ki.."

00:02 - 27 Oktyabr 2013

"Qarşıdakı oyunlarda yenə start heyətində yer alacağam"
 
“Biz güclü kollektivə qarşı oynadıq. Rəqibin gücünü nəzərə alıb, bu oyuna yaxşı hazırlaşmışdıq. Əsas məqsədimiz qələbə qazanmaq idi. Bəli, biz rəqib meydançada oynayırdıq. Amma turnir cədvəlindəki mövqeyimizi nəzərə alsaq, bizə qələbədən başqa heç bir nəticə sərf etmirdi. Sevindirici haldır ki, planlarımızı həyata keçirə bildik və qələbəni bayram etdik”.
 
Sportal.az xəbər verir ki, bu sözləri  açıqlamasında “İnter” klubunun futbolçusu Asif Məmmədov deyib. “İnter”in AZAL-I məğlub etdiyi oyunda 1 qol ötürməsi verib, 1 qol vuran futbolçu bildirib ki, sadəcə vəzifəsini yerinə yetirib:
 
“Bildiyiniz kimi, mən bir müddət əsas heyətdən kənarda qaldım. Bir növ, xeyli susdum. Bu dəfə oynamaq şansı qazandım. Və kifayət qədər yaxşı oynamağa çalışdım ki, əsas heyətdə yerimi qaytarım. Ümidvaram ki, qarşıdakı oyunlarda yenə start heyətində yer alacağam”
 
Futbol11.az

Xəbər xətti