Türkiyədə azərbaycanlılar qarşı-qarşıya gəldilər

00:40 - 27 Oktyabr 2013

Sevinən Subaşiçin komandası oldu
 
 Türkiyə PTT Birinci Liqasında 10-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor”, eləcə də Arif İsayevlə Saşa Yunisoğlunun komandası “Dənizlispor” klubları da bu gün növbəti matçına çıxıb. Futbolçularımızın komandaları bir-biri ilə üz-üzə gəlib. Görüş Subaşiçin komandasının
qələbəsiylə başa çatıb. Subaşiç bu oyunda meydana start heyətdə çıxıb və sona kimi mübarizə aparıb. "Dənizlispor"da  da Saşa 90 dəqiqə mübarizə aparmaq şansı qazanıb. Zədəli Arif İsayev isə matçın iştirakçısı olmayıb. Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 22 xal toplayıb və 1-ci pillədə qərarlaşıb.“Dənizlispor” isə 8 xalla 17-cidi.

Xəbər xətti