Türkiyə Superliqası:"Beşiktaş" səfərdə büdrədi VİDEO

01:16 - 27 Oktyabr 2013

"Gənclərbirliyi" səfərdən üç xalla ayrıldı
 
Türkiyə Superliqasında IX turun növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma keçirilib.
Səfərdə "Karabükspor"un qonağı olan "Antalyaspor" rəqibi ilə 1:1 bərabərə qalıb. "Beşiktaş" turu yenə xal itkisi ilə başa vurub. Rəqib meydanında "Akhisar Bələdiyyəspor"la qarşılaşan "Beşiktaş" görüşdən 1 xalla ayrılıb - 3:3.
 
"Karabükspor" - "Antalyaspor"  1:1
Qollar: Lualua, 58 - Baroş, 76 
 
"Akhisar" - "Beşiktaş"  3:3
Qollar:
 Mezenqa, 24 ,35, Bilal Kisa, 37- Olcay, 17,  Özyakup, 40, Almeyda, 54
 
"Elazığspor" - "Gənclərbirliyi"  1:2
Qollar:
 Ayık, 42 - Bayrak, 45, Stanku, 85

 

Xəbər xətti