"Qarabağ" özünü Lənkəranda qonaq kimi aparmadı

20:50 - 27 Oktyabr 2013

"Qarabağ" "Xəzər Lənkəran" a qarşı
 
Bu gün  Premyer Liqada 11-ci tura yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki,turun mərkəzi matçı Lənkəranda baş tutacaq.
Superkuboku muzeyinə aparan "Xəzər Lənkəran" bu dəfə azarkeşləri önündə "Qarabağ"ı qəbul edəcək.

"Xəzər Lənkəran" :
Qapıçı: Duqlas Leyte
Müdafiəçilər: Alvaro Silva, Manual Skarlatake, Vanderson Skarduelli, Rasim Ramaldanov
Yarımmüdafiəçilər: Elnur Abdullayev, Rahid Əmirquliyev, Sadio Tounkara, Zoahir Benauhi
Hücümçular: Ağabala Ramazanov, Mbilla Etame
 
"Qarabağ":
Qapıçı: Fərhad Vəliyev
Müdafiəçilər: Ansi Aqolli, Admir Teli, Rəşad Sadıqov, Bədavi Hüseynov
Yarımmüdafiəçilər: Hacı Əhmədov, Vüqar Nadirov, Reynaldo,  Riçard Almeyda, Çumbinyo
Hücumçu: Kapolonqo

27 oktyabr
19:00. “Xəzər Lənkəran” – “Qarabağ” 0:3 (İkinci hissə)
Qol: Reynaldo,22,  65 (0:2), Gelaşvili, 73 (0:3)
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ömər Paşayev
Lənkəran şəhər stadionu.
 
Dəq 1: Oyun başladı
Dəq 5  İlk hücum meydan sahiblərindən gəldi. İlk olaraq qapıya tərəf vurulan zərbəni müdafiəçilər meydandan uzaqlaşdırdılar. Daha sonra küncdən zərbə zamanı Zohairin ötürməsindən sonra Skarlatakenin zərbəsi qapının üstündən çölə çıxır
Dəq 10 Meydan sahibləri oyuna nəzarət edirlər
Dəq 13: Reynaldo qapıçı ilə təkbətək çıxır, qapıya zərbəsi az fərqlə qapının üstündən çölə çıxır
Dəq 22: Qooooolllll Reynaldo hesabı açır
 Bədavi Hüseynovun uzaqdan qapıya zərbəsidən sonra top qapı dirəyinə dəyərək Reynaldonun önünə düşür, braziliyalı topu boş qapıdan keçirir
Dəq 25: Zohair Benouhinin uzaqdan zərbəsini qapıçı Fərhad Vəliyev zərərsizləşdiri
Dəq 32: Oyun əsasən meydanın mərkəzində gedir
Dəq 37: Vüqar Nadirovun təhlükəli zərbəsini Leyte dəf etdi
Dəq 45: Rasim Ramaldanovun başla zərbəsini Fərhad Vəlyev dəf etdi.
Dəq 45: Lənkəranda ilk hissə bitdi
Dəq 46: İkinci hissə başladı
Dəq 50: Ağabala Ramazanovun pasından sonra Sadio təkbətək çıxsa da topa istədiyi kimi zərbə vura bilmir
Dəq 51: Reynaldo sürətlə əks hücuma çıxır, Rahid Əmirquliyev özünü yetirir və təhlükənin böyüməsinə icazə vermir
Dəq 57: Sadionun cərimə meydançasına ötürmə zamanı Zohairdən öncə Fərhad topu uzaqlaşdırır
Dəq 62: Etamenin zərbəsi istədiyi kimi alınmır, Fərhad asanlıqla topa sahib çıxır
Dəq 62: Meydan sahblərinin heyətində dəyişiklik. Zohair Benouhi yerini Edu Oriola buraxır
Dəq 62: Qonaqların heyətində dəyişiklik. Meydan çıxan futbolçu Kapolonqo, meydana isə Gelaşvili daxil olur
Dəq 65: Qoooooooollllllllll  Qapıçı Duqlas Leytenin səhvindən sonra Reynaldo özünün və komandasının ikinci qoluna imza atır
Dəq 73: Skarduelli təhlükəli yerdən cərimə zərbəsi yerinə yetirir, lakin top canlı səddən geri qayıdır
Dəq 74. Qoooolll Gelaşvili topu qapıdn keçirir 3:0
Qoldan sonra yerli azarkeşlər İstefa! İstefa! qışqırırlar
Dəq  79 Meydan sahiblərinin heyətində Ağabala Ramazanov yerini Elnur Cəfərova buraxır
Dəq 83: Etame yerdə qalır, hakimin qərarı penalti.
Dəq 84. Etame penalti zərbəsini qeyri dəqiq yerinə yetirir, Fərhad Vəlyev topun qapıya girməsinə cazə vermir
Dəq 90  Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
Dəq 90+3 Hakimin final fiti səslənir

Xəbər xətti