BİABIRÇILIQ ! Azərbaycan çempionatında futbolçular meydana çıxmaqdan imtina etdi, Ramin Musayev əl-ayağa düşdü

Futbolçular maaşlarını ala bilmir
 
Bu gün futbol üzrə birinci divizionda keçirilməli olan "Turan T" - "Bakılı" matçının başlamasına az müddət qalsa da, Tovuz klubunun futbolçuları meydana çıxmaqdan imtina ediblər.
 
Sportal.az xəbər verir ki, bir neçə aydır ki, maaşları verilməyən "Turan T"nin futbolçuları boş vədə qarınlarının dolu olduğunu bildirərək, oyuna çıxmaqdan imtina ediblər. Hal-hazırda Tovuz klubunun üzvləri şəhərin mərkəzi parkında gəzişirlər. 
 
Məsələdən agah olan PFL prezidenti Ramin Musayev Tovuz klubunun prezidenti Namiq Məstənova zəng edərək, məsələni tez bir zamanda yoluna qoymasını əmr edib.
 
mənbə: İdmanxeber.com
Tarix: 27 Oktyabr [15:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 May 2017
29  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio