Süleymanov "Neftçi"nin baş məşqçisi kimi ilk oyununu dəyərləndirib

22:05 - 27 Oktyabr 2013

"Mən oyunçularımdan razıyam,amma..."
 
“Neftçi” klubunun baş məşqçisi Nazim Süleymanov  “Simurq”la heç-heçə başa çatan oyunu dəyərləndirib.
 
Sportal.az xəbər verir ki, Süleymanov bildirib ki, oyundan razı qalsa da, nəticə ilə bağlı eyni sözləri deyə bilməz: “Mən oyunçulardan razıyam. Amma nəticə məni qane etmədi. Lakin belə hallar baş verir. Mən sərgilədikləri oyuna görə futbolçularıma minnətdaram. Biz bu gün çox sayda epizodlar yaratdıq. Amma yararlana bilmədik. Çatışmazlıqlar üzərində işləməliyik”.

Xəbər xətti