Qurban Qurbanov qələbənin sirrini açıqladı

22:15 - 27 Oktyabr 2013

"Xəzər Lənkəran" məğlub olmasına baxmayaraq, çox yaxşı oyun göstərdi"
 
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  Premyer Liqanın 11-ci turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran”la oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Bu cür oyunlar çox olsa, futbolumuzun daha tez inkişaf edəcəyini düşünürəm. Oyun yüksək tempdə keçdi. “Xəzər Lənkəran” məğlub olmasına baxmayaraq, çox yaxşı oyun göstərdi. İnanıram ki, zaman keçdikcə daha yaxşı yerlərə gələcəklər. Hər iki komanda mübarizə apardı. Bizim komandada istək daha çox idi”.

Xəbər xətti