"Atletiko"da şok itki

22:50 - 27 Oktyabr 2013

Arda Turan sıradan çıxıb
 
Madrid "Atketiko"sunun yarımmüdafiəçisi Arda Turan yenidən zədələnib.
 
Sportal.az xəbər verir ki, buna futbolçunun son vaxtlar ağır yüklənməyə məruz qalması səbəb olub. Onun sağ ayaq əzələsində yırtıq aşkarlanıb.
 
Zədəsi səbəbindən Ardanın bu gün La Liqada “Real”la (Betis) matçı buraxacağı dəqiqləşib. Klubun həkimləri Ardanın yaşıl meydanlara nə zaman dönəcəyinin hələlik bəlli olmadığını bildiriblər.
 
Qeyd edək ki, eyni problem səbəbindən Arda bundan əvvəl də zədələnmiş və bir neçə həftəliyə sıradan çıxmışdı.
 

Xəbər xətti