"Ramos heç danışmamalıdır"

00:27 - 28 Oktyabr 2013

Dani Alveş:"Real" məğlubiyyəti qəbul edə bilmir"
 
"Barselona"nın brazilyalı oyunçusu,"El Klassiko" məğlubiyyətinin ardından başda Sergio Ramos olmaqla hakimi günahlandıran "Real"ı tənqid edib.Kamp Nouda oynanılan və 2-1 başa çatan matçın ardından başda Karlo Ançelotti,Marsello,Ramos və Yese olmaq üzərə "Real"  tərəfi hakim Undiano Mallenkonu topa tutan açıqlamalar veriblər.
 
Sportal.az xəbər verir ki, ancaq Alves də rəqibi davamlı olaraq bir bəhanə tapdığını dilə gətirirək mübahisəli şəraitin yaranmasına səbəb olub.
 
Oyun haqqında danışan Alves: "Real" məğlubiyyəti qəbul edə bilmir.Əgər dünən bərabərlik qolunu vura bilsəydilər bu gün hakim haqqında danışmayacaqlardı.Hətta,məncə,Ramos heç danışmamalıdır,çünki ikinci sarı kartdan oyundan qovula bilərdi.Oyunçular olaraq işimizi görüb hakim haqqında danışmamalıyıq" deyə bildirib.

Xəbər xətti