"Rəvan"a şad xəbər: Zədəlilər sıraya döndü

16:55 - 28 Oktyabr 2013

Elvin Həsənəliyev və Sahib Savankulov məşqlərə başladı
 
Premyer Liqanın 12-ci turunda "Rəvan" "İnter"lə matçın hazırlıqlarını davam etdirir.
 
Klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov Sportal.az-a açıqlamasında komandada iki zədəli futbolçunun zədəsini sağaltdığını bildirib:
"Elvin Həsənəliyev və Sahib Savankulov məşqlərə başlayıb.  Elvin iki aydan sonra komanda ilə məşqə başlayıb. Əgər baş məqşçi etimad göstərsə, hər iki futbolçu meydançada ola bilər".

Xəbər xətti