"Şahdağ" Şəmkirdə büdrədi

18:00 - 28 Oktyabr 2013

90 dəqiqə ərzində bir qol vuruldu
 
Bu gün keçirilən “Şəmkir” – “Şahdağ” oyunu ilə Azərbaycan I Divizionda 7-ci tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, matçın taleyini bir qol həll edib. 
 
Qismət Bağırovun matçın 23-cü dəqiqəsində vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb. 
 
 
28 oktyabr
 
“Şəmkir” - “Şahdağ” - 1:0
Qol: Qismət Bağırov, 23 

Xəbər xətti