"Rəvan" "İnter" üçün başladı

18:55 - 28 Oktyabr 2013

Bugünkü çalışmalar taktiki-texniki yöndə olub
 
Premyer Liqanın 11-ci turu çərçivəsində "Bakı” ilə qarşılaşan "Rəvan" klubu iki günlük istirahətdən sonra bu gün yenidən bir araya gəlib. 
 
Sportal.az xəbər verir ki, "Rəvan” 12-ci turda üz-üzə gələcəyi "İnter”lə oyunun hazırlıqlarına start verib.
 
Bu gün "Bayıl Arena”da baş tutan məşqdə baş məşqçi Şahin Diniyev Tofiq Mikayılov istisna olmaqla, bütün futbolçularına tapşırıqlarını verə bilib. Çünki zədəli Elvin Həsənəliyevlə Sohib Savankulov, eləcə də son oyunu cəzalı olmasına görə buraxan Miloş Adamoviç komanda ilə hazırlıqlara qatılıb. 
 
Bügünkü çalışmalar taktiki-texniki yöndə olub. Baş məşqçi futbolçularının topla rəftarının səviyyəsini yüksəltmək üçün müxtəlif təmrinlər həyata keçirib.

Xəbər xətti