"Milan"da şok itki

01:48 - 29 Oktyabr 2013

Silvestr iki həftə  yaşıl meydanlardan uzaq qalacaq
 
"Milan”ın argentinalı futbolçusu Matias Silvestr iki həftəlik sıradan çıxıb.
 
Sportal.az  xəbər verir ki, 29 yaşlı müdafiəçi A Seriyasının IX turu çərçivəsində Parma lə oyunda zədələnib.

Klubdan verilən məlumata görə, Silvestre 10 gün sonra daha bir tibbi müayinədən keçəcək. 

Qeyd edək ki, Matias bu yay İtaliyanın digər klubu “İnter”dən bir illik icarəyə götürülüb

Xəbər xətti