Millimizin futbolçusu zədəsindən danışdı

17:01 - 29 Oktyabr 2013

"Ancaq Avropa Liqası çərçivəsində "Uigan"la ev oyununa ümid edirəm ki, sırada olacağam"
 
"Rubin"in və Azərbaycan yığmasının yarımmüdafiəçisi Ruslan Abışov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan - Rusiya (1:1) oyunu zamanı aldığı zədənin müalicəsini bitirməyə yaxındır.
 
Sportal.az xəbər verir ki, Abışov noyabrın 1-i Cümə günü ümumi qrupda məşqlərə başlayacaq.
 
“Bütün zədələr sağaldılıb. Özümü yaxşı hiss edirəm. Yaxın iki gündə məhdudiyyətlərlə məşqləri davam etdirəcəyəm. Bu gün yüngül qaçışla məşğul oldum. Cümə günündən isə ümumi qrupda məşqlərə başlayacağam. Təəssüf ki, "Rostov"la oyuna çıxa bilməyəcəyəm. Ancaq Avropa Liqası çərçivəsində “Uigan”la ev oyununa ümid edirəm ki, sırada olacağam.
 
Hamıya aydındır ki, "Rubin”"yarış cədvəlində öz yerini tutmayıb. Buna görə də hər oyunda qələbəyə oynayıb yarış cədvəlindəki vəziyyəti düzəltməyə çalışacağıq".

Xəbər xətti