"Böyük Oyun"un biletlərinin qiyməti açıqlandı

18:01 - 30 Oktyabr 2013

Biletlər sabah satışa çıxarılacaq
 
 Premyer Liqanın 12-ci turunda keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyununun biletləri sabahdan satışa çıxarılacaq.
 
Sportal.az xəbər verir ki,biletləri sabah saat 14:00-dan matçın başlayacağı saatadək “Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq. VİP yerlər üçün biletlərin qiyməti 5, digər yerlər üçün isə 1 manatdır.
Qeyd edək ki, noyabrın 2-də “Bakcell Arena” keçiriləcək oyun saat 19:00-da başlanacaq.

Xəbər xətti