Klopp daha 5 il "Borussiya"da

23:16 - 30 Oktyabr 2013

"Rəhbərliyin mənə güvənməsi qürurvericidir"
 
2012-ci ildə Dortmund “Borussiya”sı ilə 4 illik müqaviləyə qol çəkən Yurgen Klopp sözləşməsinin müddətini yenidən uzadıb.
 
Sportal.az xəbər verir  ki, klub rəhbərliyi işini ehtiyatlı tutaraq, təcrübəli çalışdırıcının anlaşmasının müddətini 2018-ci ilə qədər artırıb. Mətbuata açıqlama verən Klopp “Borussiya” ilə uğurlarının ardını gətirmək istədiyini bəyan edib: “Rəhbərliyin mənə güvənməsi qürurvericidir. Bu vaxta qədərki müddətdə “Borussiya” üçün ən yaxşısını etməyə çalışmışam. Bundan sonra da belə olacaq. Başqa təkliflər olsa da, mən “Borussiya”dakı vəziyyətimdən məmnunam”. 

Xəbər xətti