"Neftçi" ilə oyunda qələbədən başqa heç nə fikirləşmirik" MÜSAHİBƏ

00:02 - 31 Oktyabr 2013

Elnur Cəfərov: "Qarabağ"la matçda oyuna daxil olmağı gözləmirdim"
 
"Xəzər Lənkəran"ın gənc istedadı Elnur Cəfərovun Sportal.az-a müsahibəsi
 
- “Qarabağ”la oyun haqqında danışardın..
- Bizim üçün çətin oyun oldu, əlimizdə qol epizodları oldu, ancaq istifadə edə bilmədik. “Qarabağ” isə əlinə düşən fürsətləri yaxşı dəyərləndirdi. 2-ci qoldan sonra isə bizim üçün hər şey daha ağırlaşdı.
 
- “Qarabağ”la oyunda məğlub olmağınız səbəblərindən biri də Superkubok oyunun yorğunluğu ola bilər?
- Əlbəttə, komandada yorğunluq da öz sözünü dedi.
 
- Bu oyunda bu mövsüm ilk dəfə meydana daxil oldun. Baş məşqçinin bu qərarını gözləyirdin?
- Düzünü desəm gözləmirdim (gülür). Meydana girəndə hesab 3:0 idi. Oyunda ilk dəqiqələrdəki temp yox idi. Ancaq mən həmişə komandama kömək etməyə hazıram.
 
- Bu tur “Neftçi” ilə qarşılaşacaqsınız..Komandada əhval-ruhiyyə necədir?
- Keçən tur evdə məğlub olmuşuq, komandamız sırf qələbəyə köklənib. 3 xaldan başqa heç nə fikirləşmirik.
 
- 17 yaşlılardan ibarət milli  komandamızda ən çox qol vuranlardan biri də sənsən. Bu qolları “Xəzər Lənkəran”da niyə vura bilmirsən?
- Millidə əsasən öz yaşıdlarım olur. Ona görə orada rahat olur. Ancaq çempionatda mübarizə aparanlar peşəkar futbolçulardır. Həm də oynamaq üçün elə də şansım olmur. Çalışacam ki, oynayanda qol vurum azarkeşləri sevindirim. İnşallah, bu həftə “Neftçi” ilə matçda əvəzedicilərin çempionatında qol vuracam.
 
- Bu həftə “Neftçi” ilə oyunda əsas komanda ilə meydana çıxmağı gözləyirsən?
- Mən komandama kömək etmək üçün hər zaman hazıram. Əsas komanda ilə meydana çıxmaq barəsində heç nə deyə bilmərəm. Bu baş məşqçinin qərarıdır. Ancaq əvəzedici heyətlə meydanda olacam. Əvəzedici çempionatda çıxış etmək oyun təcrübəmi artırmaq baxımından yaxşıdır.
 
- Sonda “Xəzər Lənkəran” azarkeşlərinə nə demək istəyirsən?
- Azarkeşlər sağ olsunlar, bizi çətin və yaxşı  gündə dəstəkləyirlər. Komanda da Superkuboku Lənkərana gətirdi. Azarkeşlər dəstəyə davam etsinlər, inşallah elə kuboklardan Lənkərana daha çox gələcək.
 
Yusif HÜSEYN
 

Xəbər xətti