Mourinyo hədəfindəki futbolçunun adı açıqlayıb

01:15 - 31 Oktyabr 2013

"Real"ın ulduzu karyerasını "Çelsi"də davam etdirə bilər
 
Mourinyo köhnə tələbəsini yanına gətirir
 
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis sabiq futbolçusu Madrid "Real"ının yarımmüdafiəçisi Xabi Alonsonu transfer etmək istəyir.
 
London təmsilçisinin qışda ispaniyalı futbolçuya rəsmi təklif göndərəcəyi bildirilir. 31 yaşlı futbolçunun yenidən Mourinyo ilə birgə çalışmaq istədiyi iddia olunur. Lakin "Real"ın Alonsonun transferi üçün yüksək məbləğ istəyəcəyi gözlənilir.
 
Qeyd edək ki, Xabi Alonso "Real"da Mourinyonun rəhbərliyi altında İspaniya çempionluğu, ölkə kuboku və superkubokunu qazanıb.

Xəbər xətti