"Qəbələ" 4 itki ilə hazırlıqlarını davam etdirir

11:38 - 1 Noyabr 2013

"Qarabağ"-"Qəbələ" matçı noyabrın 3-də keçiriləcək
 
"Qəbələ"-"Sumqayıt" (2:0) matçının ardından 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar" oktyabrın 28-dən etibarən XII tur çərçivəsində baş tutacaq "Qarabağ"-"Qəbələ" matçının hazırlıqlarını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yuri Syominin başçılığı ilə reallaşan təlim-məşq prosesində zədəsi olan Rail Məlikov, Omar Kalabane, Abdulvahid Afolabi və Tərzin Cahangirov iştirak etməyib. "Qəbələ" doğma məkandakı hazırlıqlarını bu gün baş tutacaq son məşqlə yekunlaşdırılacaq. Sabah səhər saatlarında isə komanda paytaxta yollanacaq. Matçöncəsi son məşq günün ikinci yarısında qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov stadionunda keçiriləcək.
 
Xatırladaq ki, "Qarabağ"-"Qəbələ" matçı noyabrın 3-də saat 17:00-da start götürəcək. Oyun "AZTV" vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti