"Qarabağ" yasda: futbolçunun qardaşı faciəvi şəkildə öldü

13:47 - 1 Noyabr 2013

Futbolçu "Qəbələ"yə qarşı forma geyinməyəcək
 
"Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirəm Ağdamın "Qarabağ" klubu dəhşətli bir xəbərlə sarsılıb.
 
Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularınndan birinin faciəsi bütün heyəti kədərləndirib.
 
Belə ki, Qarabağın futbolçusu Reynaldonun qardaşı öz ölkəsində motosikllə yük maşının altında qalaraq faciəvi şəkildə həlak olub. Bu xəbəri öyrənən futbolçu təcili ölkəsinə gedib. O, "Qəbələ"yə qarşı forma geyinməyəcək.

Xəbər xətti