"Bu üzdən də belə bir gündə onu məyus edə bilməzdik" MÜSAHİBƏ

10:32 - 2 Noyabr 2013

Əfran İsmayılov: "Baş məşqçimiz standart vəziyyətlərdən mənim yararlanmağımı istəyir"
 
“Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılovun Sportal.az-a müsahibəsi
 
- “Simurq” üzərində çətin qələbə qazandınız. Nə deyə bilərsiz?
- Adətən, “Simurq”la oyunlarımız həmişə çətin keçir. Ona görə də bu oyuna çox ciddi hazırlaşmışdıq. Bizə xal itirməmək çox vacib idi. Tədricən öz oyunumuzda və nəticələrimizdə irəliləyiş olduğu hiss edilir. Fikrimcə, tezliklə hər şey yaxşı olacaq.
 
- Qarşılaşmanı Hafiz Məmmədov da izlədi. Bu, sizin qələbənizdə nə dərəcəd rol oynadı?
- Şübhəsiz ki, onun bu oyuna gəlməsi bizim üçün əlavə motivasiya idi. Hafiz Məmmədov hər oyunumza gəlmir. Bu üzdən də belə bir gündə onu məyus edə bilməzdik. Çünki bizim uğur qazanmağımız üçün hər cür şərait yaradıb.
 
- Bu oyunda təyin olunan hər iki penalti zamanı nöqtəyə məhz siz yaxınlaşdınız...
- Baş məşqçimiz standart vəziyyətlərdən mənim yararlanmağımı istəyir. Ona bu inamına görə təşəkkürümü bildirirəm. Hələ ki, ümidləri doğrulduram.
 
- Oyunun sonlarında qələbəni əldən verəcəyinizdən qorxmurdunuz ki?
- Xeyr, biz peşəkarıq. Belə anlarda soyuqqanlı olmaq lazım olduğunu başa düşürük. İnanırdım ki, bu oyundan qalib ayrılacağıq.
 
Yusif HÜSEYN

Xəbər xətti