"Neftçi" "Xəzər Lənkəran"ı darmadağın etdi YENİLƏNİB

20:49 - 2 Noyabr 2013

"İnter" "Rəvan"la üz-üzə
 
 
Bu gün Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. Sportal.az xəbər verir ki, günün ikinci oyun günündə 2 matç oynanılacaq. 
 
İlk olaraq meydana "İnter" və "Rəvan" komandaları çıxacaq. Son turda AZAL üzərində qələbə qazanan "bankirlər" bu oyunda da qələbə seriyasını davam etdirməyə çalışacaq. 
 
Turun mərkəzi oyunu isə "Neftçi" və "Xəzər Lənkəran" üzərində oynanılacaq. Saat 19:00-da "Bakcell Arena"da başlayacaq oyunu Orxan Məmmədov idarə edəcək. Super Kubokda "Xəzər Lənkəran"a məğlub olan "ağ qaralar" bu dəfə doğma meydanda qalib gəlməyə çalışacaq. Lənkəranlılar isə həm əzəli rəqibini növbəti dəfə məğlub etmək istəyəcək, həm də turnir cədvəlindəki vəziyyətini yaxşlaşdırmaq haqqında düşünəcək.
 
2 noyabr (şənbə)
 
17:00. “İnter” – “Rəvan” 3:2 (Oyun başa çatıb)
Qollar: Baçana Tsxadadze, 5, Vaqif Cavadov,11, Ramazan Abbasov , 15, Brüs Abdulaye, 82, Miloş Adamoviç, 90
 Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Tahir Əhmədov
“Şəfa” stadionu
 
19:00. “Neftçi” – “Xəzər Lənkəran” 4:1
Qol: Bahodır Nasimov, 45, Mahir Şükürov, 65, Ernst Nfor, 90, Flavinyo, 90+2 - Mblla Etame, 90+1
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Diniyev
“Bakcell Arena” stadionu

Xəbər xətti