"Xəzər Lənkəran” çempionatımızın yaxşı komandalarından biridir, onlarda uşaq yoxdur"

22:10 - 2 Noyabr 2013

Nazim Süleymanov:"Mən öz komandamın futbolçularına cavabdehəm"
 
“Komandam bu gün yaxşı oynadı. Meydanda səhvlərimiz oldu, qol buraxdığımız üçün təəssüflənirəm”. 
 
Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
Təcrübəli mütəxəssis  Premyer Liqanın XII turunun “Xəzər Lənkəran”la ev oyunundakı 4:1 hesablı qələbəyə şərh verib: “İlk qələbəmi “Xəzər Lənkəran” üzərində qazandığım üçün şadam. Premyer Liqa uzun marafon kimidir, çalışacağıq ki, qarşıdakı oyunlarda da xallar toplayaq və finişdə yaxşı nəticə göstərək. “Xəzər Lənkəran” çempionatımızın yaxşı komandalarından biridir, onlarda uşaq yoxdur. Mən öz komandamın futbolçularına cavabdehəm. Cavid İmamverdiyevdən daha yaxşı, daha gözəl oyun gözləyirəm, lakin bu gün ondan istədiyimi ala bilmədim. Yerli futbolçularımızın hər biri milli komandaya layiqdir. Bunu meydançada sübut etmək lazımdır”.

Xəbər xətti