"Qalatasaray" daha bir dünya ulduzunu transfer edir

01:55 - 3 Noyabr 2013

"Hazırki şərtlərə görə də maddi baxımdan ən yaxşı təklifi türk klubu verib"
 
Portuqaliyalı ulduz Nani qış transferində "Qalatasaray"a keçə bilər. Bu barədə "Mançestr Yunayted" klubunun ulduz futbolçusunun meneceri Qualiyani İtaliyanın bir kanalına müsahibəsində deyib.
 
Sportal.az xəbər verir ki, o,  bildirib ki, Nani ilə "Yuventus" və "Qalatasaray" klubları maraqlanır: 

"İlin sonunda klubu tərk edəcək olan portuqaliyalı üçün ən uyğun variant İstanbul klubudur. "Qalatasaray" transferdə favori olaraq görünür. Çünki klub əvvəldən də portuqaliyalı ilə danışıqlar aparıb. Hazırki şərtlərə görə də maddi baxımdan ən yaxşı təklifi türk klubu verib". 

Xatırladaq ki, "Mançester Yunayted"ə yeni başq məşqçi gəldikdən sonra Nani heyətə düşməkdə çətinlik çəkir. Portuqaliyalı ulduz qış transfer dönəmində klubu tərk edəcəyini açıqlayıb.

Xəbər xətti