"Arsenal"da "Borussiya" matçı öncəsi şok itkilər

01:06 - 4 Noyabr 2013

Futbolçuların vəziyyətinə sabah aydınlıq gələcək
 
“Arsenal” “Borussiya” ilə Çempionlar Liqasında keçirəcəyi oyuna itkilərlə çıxacaq. 
 
Sportal.az xəbər verir ki, “topçular”ı zədəli futbolçuların çoxluğu narahat edir. Bu barədə məlumat verən Arsen Venger “Liverpul”la oyunda Cek Uilşir və Kiran Gibbsin zədə aldığını deyib. Qeyd edək ki, Uilşirin topuğunda, Gibbsin isə əzələsində problem var. Amma hazırda hər iki futbolçunun zədəsi ilə bağlı dəqiq məlumat verilmir. Həkimlər təkrar tibbi müayinədən sonra sözügedən futbolçularla bağlı konkret fikir bildirəcəklər. 

Xəbər xətti