"Qarabağ" - "Qəbələ" matçı bu mövsümə yenilik gətirdi

02:01 - 4 Noyabr 2013

Turda 22 qol vuruldu
 
Bol qolla yadda qalan  Premyer Liqanın 12-ci turunun bağlanış matçı yeni rekordun qırılması ilə yadda qaldı.
 
Sportal.az xəbər verir ki “Qarabağ”la “Qəbələ” (4:3) arasında keçirilən son görüşdə qapılara ümumilikdə 7 qol vuruldu ki, bu da cari mövsümün yeni rekordu oldu. Bu mövsüm indiyə qədər heç bir qarşılaşmada 7 qol qeydə alınmamışdı. Bir oyundakı qol sayına görə rekord buna qədər “Rəvan” – “İnter” (1:5) və “Qarabağ” – “Sumqayıt” (5:1) matçında qeydə alınmışdı. Həmin qarşılaşmalarda 6 dəfə qapıçılar topu tordan çıxarmışdılarsa, “Neftçi” – AZAL (4:1), “Neftçi” – “Xəzər Lənkəran” (4:1), “Qəbələ” – “İnter” (3:2), “İnter” – “Rəvan” (3:2), “Bakı” – “Rəvan” (5:0) və “Bakı” – “Simurq” (3:2) görüşlərində 5 top vurulmuşdu. 

Xəbər xətti