"Neftçi"nin qalib gəlməsi bizdə psixoloji təzyiq yaratmışdı" MÜSAHİBƏ

03:25 - 4 Noyabr 2013

Maksim Medvedev:"Bundan sonra müdafiə "sındı"
 
Dünən "Qarabağ" azarkeşləri önündə "Qəbələ"ni məğlub edib 4:3.
 
Matçdan sonra "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb. Sportal.az həmin müsahibəni təqdim edir
 
- Oyun haqqında danışardın...
- Hesab 4:0 olan zaman bir qədər arxayınlaşdıq. Nəticədə rəqib 3 top vurdu. Əslində, qol buraxmaq istəmirdik. Çünki neçə tur idi qapmızı toxunulmaz saxlayırdıq və seriyanın davam etməsinə çalışırdıq. Sonra mərkəzdən anlaşılmaz qol buraxdıq. Bundan sonra müdafiə “sındı”. Bir oyunda 2 top buraxmaq bizə ağır gəlirdi. Son saniyələrdə rəqib dördüncü topu da vura bilərdi. Bir epizodda Rəşad Sadıqov yaxşı oynadı, digərində isə qapı dirəyi bizi qoldan xilas etdi. Vacib olan qələbə qazanmaq idi, bunu da bacardıq.
 
- Sonluğun bu cür alınması sırf arxayınçılığın nəticəsi idi, yoxsa fiziki hazırlıq yaxşı deyildi? 
- Fiziki hazırlıqdan söhbət gedə bilməz. Çünki hər iki komanda 3 əvəzetmə etmişdi. Sadəcə bir az oyunçularda boşalma oldu
 
- Bəlkə əvəzetmələr düzgün deyildi?
- İstər-istəməz yorğunluq var idi. Meydana daxil olan futbolçu dərk etməli idi ki, bu məqamda komandaya kömək lazımdır. Çünki əvəzetmələri hesabı artırmaq üçün yox, komandaya kömək etmək üçün edirlər. Peşəkar futbolçu bunu anlamalıdır. Ancaq onlar kənarlarda oynadılar, mərkəzi açdılar ki, “Qəbələ”, gəl qol vur. Onlar da uzun toplarla qollar vurdular.
 
- 11 oyuna 4 top buraxan “Qarabağ” bir oyunda 3 dəfə meydanın mərkəzinə dəvət edildi...
- Futboldur, hər şey ola bilər. Bu oyun sübut etdi ki, 4 qol vursan belə, sona qədər mübarizə aparmalısan. Bu gün meydandan 1 xalla da ayrıla bilərdik. 
 
- “Neftçi”nin bir gün əvvəlki matçda qələbə qazanması sizdə təzyiq yaratmışdı?
- Təbii ki, var idi. Çünki “Neftçi” zirvəyə qalxmışdı. Uduzacağımız təqdirdə “Qəbələ”də bizi keçəcəkdi. Üçüncü olmaq istəmədiyimizə görə, oyuna yaxşı hazırlaşmışdıq. 

Xəbər xətti