Mbilla Etame Premyer Liqada tarixə keçdi

12:46 - 4 Noyabr 2013

“Neftçi” 400-cü qolu buraxdı 
 
“Neftçi” ölkə çempionatları tarixində 400-cü qolu buraxıb.
 
Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 12-ci turunda bakılıların qapısına qol vuran Etame Mbilla “ağ-qaralar”ı məyus edən yubiley qolunun müəllifi olub. “Xəzər Lənkəran” üzərində 4:1 hesablı qələbəyədək 600 çempionat qarşılaşmasında “Neftçi” 399 qol buraxmışdı.
 
Qeyd edək ki, paytaxt təmsilçisi 400 qol buraxdığı oyunlarda 1108 dəfə rəqib qapısına yol tapıb.
 
1-ci qol 10.05.1992 Elxan Rəsulov (Şirvan, Şamaxı)
 
100-cü qol 16.04.1997. Elçin Rəhmanov (U-18)
 
200-cü qol 26.10.2003. Mikayıl Namazov (Xəzər Universiteti)
 
300-cü qol 22.11.2009. Robertas Poşkus (İnter)
 
400-cü qol 02.11.2013. Etame Mbilla (Xəzər Lənkəran)
 

Xəbər xətti