Şahin Diniyev tam heyətlə məşq keçə bilmədi

13:49 - 4 Noyabr 2013

“Rəvan” “Sumqayıt” üçün başladı
 
"Rəvan” Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sumqayıt” klubunu qəbul edəcək.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 8-də baş tutacaq görəş üçün "siğortaçılar" artıq hazırlıqlara start verib.
 
Bugünkü səhər məşqi "Bayıl Arena”da baş tutub. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında baş tutan hazırlıqda Elvin Həsənəliyev və Aqil Nəbiyev iştirak etməyib.
 
Səbəb futbolçuların özlərini yaxşı hiss etməməsidir. Kristian Torres ilə Rəşad Abdullayev isə fərdi məşqlərlə kifayətlənib. Əvəzində Sohib Savankulov bütün komanda ilə ümumi qrupda çalışıb. Daha çox fiziki hazırlığa yer ayrılan məşqdə Diniyev yetirmələrinin toplu davranışlarını təkmilləşdirməsi üçün də vaxt ayırıb.

Xəbər xətti