"Arsenal" həzin musiqidir, mən isə ağır rok sevirəm"

17:18 - 4 Noyabr 2013

Yurgen Klopp maraqlı açıqlamalar verdi

 

ÇL-in IV turunda "Arsenal"la qarşılaşacaq Dortmund "Borussiya"sının baş məşqçisi Yurgen Klopp maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, o, "topçular"ın oyununu bəyənsə də, heç vaxt bu komandanı çalışdırmaq istəmədiyini bildirib:

 

"Mən "Arsenal"ın oyununu bəyənirəm. Ələlxüsus da top onlarda olanda. Onların topla rəftarı həzin musiqini xatırladır, ancaq mən ağır rok sevirəm. Arsen Vengerə böyük hörmətim var. O, əla məşqçidir, lakin mən "Arsenal"ı çalışdıra bilməzdim. Çünki mən başqayam".

Xəbər xətti