Tahir Gözəl azarkeşləri unutmadı

00:11 - 5 Noyabr 2013

"Bütün azarkeşlərə təşəkkür edirəm"
 
 
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Premyer Liqanın 12-ci turunda dünən baş tutan "Qarabağ" - "Qəbələ" matçından (4:3) sonra açıqlama verib.
 
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan T.Gözəl qarşılaşma ərzində onlara dəstək olan bütün azarkeşlərə, xüsusilə də "İmarət” fan-klubuna təşəkkürünü bildirib:"Onların gördüyü işlər heyranlıq hissi oyadır. Matç boyu komandamızı dayanmadan dəstəkləyən bütün azarkeşlərimizə və əsasən də “İmarət” fan-klubuna təşəkkür edirəm. Ümid edirəm ki onların gördüyü iş nəticəsində həm səfər, həm də ev oyunlarımızda stadionları dolduracağıq".
O bildirib ki, yaxın gələcəkdə "İmarət” fan-klubuna hər tərəfli dəstək olmağa hazırdırlar: "Onlara işlərində uğurlar arzulayıram".

Xəbər xətti