"Barselona"nın Levandovski israrı

16:00 - 5 Noyabr 2013

Kataloniya təmsilçisi rəsmi təklif də göndərib
 
"Barselona" klubu Dortmund "Borussiya"sının hücumçusu Robert Levandovskini transfer etməkdə israrlıdır.
 
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi polşalı futbolçu üçün 8,5 milyon avro təklif edib.
Lakin Dortmund klubu hələlik bu təklifə münasibət bildirməkdə tələsmir. Çünki "Barselona" ilə yanaşı, 25 yaşlı futbolçu ilə "Bavariya", "Mançester Siti" və "Arsenal" klubları da yaxından maraqlanır.
Qeyd edək ki, 2010-cu ildən "Borussiya"da çıxış edən Levandovski keçirdiyi 103 oyunda 58 qola imza atıb.

Xəbər xətti