"Qarabağ"ın yerinə başqa komanda da olsaydı..." MÜSAHİBƏ

13:03 - 7 Noyabr 2013

Subotiç:"Əgər komanda 4 qol buraxırsa, həmin oyunda qalib gəlmək qeyri-mümkündür"
 
"Qəbələ"nin hücumçusu Daniyel Subotiçin Sportal.az-a müsahibəsi:
 
"Qarabağ"a belə məğlubiyyət olacağınızı gözləyirdin?
- İlk hissə biz heç nə deyə bilmədik. "Qarabağ" hücum etdi və qollar vurdu. Bu qollar 11 nəfərin səhvindən vuruldu. "Qarabağ"ın yerinə başqa komanda da olsaydı, hücum edib qollar vurasıydı. İkinci hissə futbolçular böyük xarakter göstərib qollar vurduq. Biz necə oynamaq lazımdır elə də oynadıq. Sonda bir qol vurub bir xal ala bilərdik, amma bu futboldur.
 
- 4:0 hesablı bir məğlubiyyətdən sonra geri dönüş etməyi fikirləşirdiniz?
- Biz ikinci hissə gözəl futbol oynadıq. Əgər bir komanda 4 qol buraxırsa, həmin oyunda qalib gəlmək qeyri-mümkündür. 
 
- 4 top buraxdıqdan sonra komanda "sındı"
- Yox belə deməzdim, çünki biz oyuna ilk diqqədən motivasiya olmuşduq. Sadəcə ilk hissə yaxşı oyun göstərə bilmədik.
 
- Bəlkə ikinci hissə olan əvəzetmələr daha tez olsaydı, başqa cür olardı. Məsələn: Leonardonun oyuna daha tez daxil olması...
- Əvəzetmələr baş məşqçinin qərarı idi. Leonardo bizim üçün önəmli futbolçudur. Ancaq o, birinci hissə olsaydı, başqa cür olardı, bunu heç kim bunu deyə bilməz.  Birinci hissə meydanda olan futbolçuların hamısı pis oynadı. Kimisə günahlandırmaq səhv olardı.
 
- Bu tur son həftələrdə uğursuz futbol nümayiş etdirən "Xəzər Lənkəran"la qarşılaşacaqsınız. Fikirləşirsənmi bu oyun asan oyun olacaq sizin üçün?
- Düzdür, rəqibimiz son həftələr yaxşı nəticə qazanmır, amma demək olmaz ki, onlar zəif oyun göstərirlər. Bildiyimə görə, onların güclü azarkeşləri var. Ona görə onlar daha avantajlıdır. Ancaq biz də Lənkərana məğlub olmağa getmirik.
 
Yusif HÜSEYN

Xəbər xətti