"Rəvan" heç-heçələr seriyasını qələbə ilə qırmaq istəyir

13:06 - 7 Noyabr 2013

"Siğortaçılar" "Sumqayıt"ı qəbul edəcək
 
"Rəvan” Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində "Sumqayıt” klubunu qəbul edəcək.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 8-i "Bayıl Arena”da keçiriləcək görüş öncəsi tarixə baş vurub komandaların oyunlarının statistikasını incələmək yerinə düşərdi.
 
Komandalar indiyə qədər öz aralarında 11 oyun keçirib. Bu görüşlərdən 9-u Premyer Liqa, 2-si isə I divizion çərçivəsində baş tutub. Bu matçlarda "siğortaçılar"ın böyük üstünlüyü var. Belə ki, "Rəvan” Premyer Liqada "Sumqayıt” ilə keçirdiyi 9 oyundan 6-da qalib gəlib və yalnız 2 halda meydanı xalsız tərk edib. Topların fərqində də üstünlüyümüz var – 13:9.
 
 
Qeyd edək ki, "Sumqayıt” ilə Premyer Liqadakı ilk oyunundan sonra "Rəvan" bu rəqiblə heç vaxt "sülh” bağlamayıb.. Həmin bu istisna ev oyununa təsadüf edib. Ümumiyyətlə, "Rəvan" doğma divarlar arasında "Sumqayıt”a cəmi 1 dəfə uduzub: ötən il dekabrın 16-da baş tutan görüş 2:3 hesabı ilə rəqibin xeyrinə nəticələnib. Bu həm də rəqibin Premyer Liqada səfərdə əldə etdiyi son zəfərdir. Həmin oyundan sonra "Sumqayıt” düz 14 səfər matçında hesabına 3 xal yaa bilməyib. "Rəvan” isə ev oyunlarında ötən mövsümün axırlarında ardıcıl 4 qələbə qazansa da, cari mövsüm ev qələbəsinə həsrətdir. İlk 2 ev oyununda uduzan "siğortaçılar" sonrakı 4 qarşılaşmada "sülh” bağlayıb. 
 

Xəbər xətti