Çempionlar Liqasında 1/8 finala yüksələn 5 komandanın adı məlumdur

13:40 - 7 Noyabr 2013

3 ispan klubu ilk 16 komanda arasında 
 
Çempionlar Liqasının qrup mərhələsində dünən qrup mərhələsinin 4-cü turunun oyunları başa çatıb.
 
Sportal.az xəbər verir ki, bu matçlardan sonra "pley-off"a yüksələn 5 klubun adı məlum olub.
B qrupunda Madrid "Real"ı, C qrupunda isə PSJ klubu 10 xalla artıq qrupdan çıxmağı bacarıb.
D qrupunda "Bavariya" və G qrupunda "Atletiko" (Madrid) klubları oynadıqları bütün matçlarda qələbə qazanaraq sona iki tur qalmış "pley-off"a vəsiqəni özləri üçün təmin ediblər.
Növbəti tura yüksələn digər komanda isə H qrupunda 10 xal toplayan "Barselona"dır.

Xəbər xətti