Nduka oynadı, Popoviç seyr etdi

23:46 - 7 Noyabr 2013

Futbolçularımızın komandaları məğlub oldu
 
Türkiyə PTT Birinci Liqasında 12-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Andrey Popoviç və Usim Ndukanın çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu bu gün növbəti matçına çıxıb. Öz meydançasında “İstanbul BB” ilə qarşılaşan “Tavşanlı Linyitspor” 1:3 hesablı məğlubiyyətlə üzləşib. Popoviç adəti üzrə yenə oynamayıb. Ondan fərqli olaraq, Nduka 90 dəqiqə meydanda olub. Sonda onu da qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 8 xalla 17-ci pillədə qərarlaşıb. 

Xəbər xətti