"Qəbələ" "Xəzər Lənkəran"a 19 ay əvvəl məğlub olub

11:11 - 8 Noyabr 2013

Qırmızı-qaralar” Lənkəran səfərində uğurlu seriyasnı davam etdirməyə çalışacaq
 
"Qəbələ” Azərbaycan Premyer Liqasının XIII turunda noyabrжт 10-da “Xəzər Lənkəran”la qarşılaşacaq.
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, ötən tur səfərdə “Qarabağ”la görüşən Yuri Syominin futbolçuları ardıcıl 2-ci dəfə rəqib meydanına çıxacaq. “Qırmızı-qaralar” Lənkəran səfərində uğurlu seriyasnı davam etdirməyə çalışacaq.
 
Belə ki, “Qəbələ” “ağ-yaşıllar”la son 4 görüşdə uduzmayıb. Sonuncu dəfə 19 ay əvvəl – 2012-ci ilin aprelində “Xəzər Lənkəran”a yenilən “Qəbələ” bundan sonra 2 qələbə qazanıb və 2 bərabərliklə kifayətlənib. Uğurlu seriyasını 5-ə çatdırmaq istəyən Syominin komandası Lənkərandakı son 2 görüşdən qollu heç-heçə ilə qayıdıb. Evdəki matçlarda isə qələbələri sıralayan komanda ardıcıl 3-cü dəfə 3 xal qazanmaq əzmindədir.
 
Ümumilikdə isə 22-ci duelədək “Qəbələ” rəqibini 5 dəfə məğlub edib və 5 görüşdə 1 xalla kifayətlənib. 11 yenilgisi olan “qırmızı-qaralar” 19 top vurub və 31-ni buraxıb. 20-ci qolun astanasında olan komandanın ən məhsuldar futbolçusu Yannik Kamanan cənubluları 3 dəfə məyus edib. Lyuba Baranin və Turnike Aptsiauri hərəyə 2 dəfə “Xəzər Lənkəran”ın qapısına qol vurub.

Xəbər xətti