"Biz fikirləşirdik ki, qələbə artıq cibimizdədir, amma..." MÜSAHİBƏ

14:50 - 8 Noyabr 2013

Fərhad Vəliyev:"Onlar da istəməzdilər ki, belə olsun"
 
 
"Qarabağ"ın qolkiperi Fərhad Vəliyevin Sportal.az-a müsahibəsi
 
- “Qəbələ” ilə matçda  qazanılan qələbə haqqında danışardın...
- Matçın əvvəlində və hesab 4:0 dan sonra oyunun bizim üçün asan olacağını düşünürdük.Amma bu qarşılaşma göstərdi ki, sona qədər mübarizə aparmalıyıq.
 
- Son 20 dəqiqədə 3 qol buraxdınız. Komanda nələr baş verdi?
- Kənardan da görsənirdir ki, komanda tez-tez top itkilərinə yol verirdi, komandada arxaynçılıq oldu. 4:0 olanda fikirləşirdik ki, qələbə artıq cibimizdədi. Rəqib 3 qol vurdu, hətta dördüncünü də vura bilərdi. Oyun göstərdi, 90 dəqiqə mübarizə aparmalısan. Son dəqiqələrdə yenə diqqətli oynadıq və üç xalı qazandıq.
 
- Oyundan bir gün qabaq”Neftçi” qələbə qazanıb və liderliyi əlinizdən almışdı. Bu sizdə əlavə təzyiq yaradırdı?
- “Neftçi” qələbə qazanıb liderliyi bir günlük də olsa, ələ keçirmişdi. Biz də oyuna yalnız qələbə üçün çıxmışdıq. Az qala qələbəni də əldən verirdik, amma məqsədimizə nail olduq. Yenidən turnir cədvəlində liderik.
 
- Vurulan qollar əvəzetmələrdən sonra oldu. Dəyişikliklər sizə pis təsir etdi?
- Dəyişikliklər baş məşqçinin qərarı idi. Ancaq onlar da istəməzdilərki, belə olsun.  Futbol elə bir oyundur ki, bir dəqiqədə “boşalmamalısan” ancaq biz rahatlaşdıq. 
 
- 11 turda cəmi 5 top buraxan Fərhad Vəliyev son matçda 3 qol buraxdı..
- Bu, futboldur. Hər şey ola bilər. Mən də istəyirdim ki, qapını toxunulmaz saxlayım, amma alınmadı.
 
- “Qəbələ” ilə matçda rəqibin futbolçusu Elnur Allahverdiyevin Reynaldoya qarşı sərt oynaması azarkeşlərə xoş gəlmədi və azarkeşləriniz Elnura təhqiredici ifadələr işlətdi. Bu haqda nə deyə bilərsən?
- İlk olaraq, onu deyə bilərəm ki, azarkeşlərin Elnuru təhqir etməi düzgün hal deyil, çünki o, bizim komandada forma geyinib. Futbolçu bu gün burda, sabah isə başqa komanda ola bilər.O ki, qaldı oyuna, Elnur həqiqətən, Reynaldoya qarşı sərt oynayırdı. Hakim ən azından epizodlarda sarı kart verə bilərdi.
 
Yusif HÜSEYN

Xəbər xətti