Şahin Diniyev: "Komandadan 7 futbolçunu göndərəcəm"

19:20 - 8 Noyabr 2013

"Ən pis oyunumuzu "Sumqayıt"a qarşı keçirtdik"

 

"Deyərdim ki, biz bir xal qazandıq."Sumqayıt" bizdən daha istəkli idi. Oyunçularım elə bil ki, meydanda  yorğun idi. "

 

Sportal.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Şahin Diniyev deyib. Diniyev komandadan 7 futbolçunun göndərəcəyini də fikirlərinə əlavə etdi:

 

"Komandam hucumları tamamlaya bilmirdi. Rəqib bizdən üstün idi. Buraxdığımız qolda Sapelanın səhvi oldu. Ən azından 7 oyunçunun komandadan göndərəcəm. Boş yerləri doldurmaq üçün daha yaxşı futbolçular alacağıq. Sapela səviyyəıi qapıçıdı. Ən azından qapıçılarda rəqabəti artırmaq üçün ikinci bir qapıçıya ehtiyac var. "Rəvan"la çıxdığım oyunlar arasında ən pis oyunumuzu "Sumqayıt"a qarşı keçirtdik."

Xəbər xətti