"Sumqayıt" dərk etməyə başlayır ki, hər şeyi itirir" MÜSAHİBƏ

23:05 - 8 Noyabr 2013

Samir Abbasov:"Bu gün iki xal itirən tərəf biz olduq"
 
"Sumqayıt"ın kapitanı Samir Abbasovun "Rəvan"la matçdan sonra Sportal.az-a müsahibəsi
 
- "Rəvan"la oyun haqqında danışardın...
- Oyuna bir az pis başladıq. Bu gün iki xal itirən tərəf biz olduq. Çünki bu qədər fürsətlərimiz oldu, amma bəxtimiz gətirmədi. Bu cür oyunla "Rəvan"ı hərtərəfli üstələdik. Belə oynasaq, daha yaxşı yerlərə irəliləyəcəyik.
 
- Artıq iki oyundur "Sumqayıt" xal qazanır. Artıq komandanız öz oyununu tapıb?
- Biz çalışacağıq ki, növbəti oyunlarda xallar qazanacağıq. Artıq "Sumqayıt" dərk etməyə başlayır ki, hər şeyi itirir. Son iki oyunu da uduzsaq demək olar ki, hər şeyi itirmişdik. Hər şeyi geri qaytarmaq öz əlimizdədir, inşallah hər şey yaxşı olar.
 
- Bu gün oyunda qələbənizə nə mane oldu?
- Bəxtsizlik, bir az da hava şəraiti. İkinci hissə küləyə qarşı daha yaxşı oynadıq. Əsas bəxtimiz gətirmədi, hücumçumuz qapının içindən topa toxuna bilmədi və başqa bir neçə yüz faizlik epizodlarımız oldu.
 
- "Sumqayıt" bu gün heç nədən qol buraxdı. Belə qolları nə ilə bağlayırsan?
- Bayaq dediyim ki, oyuna pis başladıq. Komandada konsantrasiya itirmişdi, oyuna "boş" çıxmışdıq. Elə bildik ki, bu oyun asan olacaq və rahat oynayacağıq. Ona görə də, o qolu buraxdıq.
 
Yusif HÜSEYN

Xəbər xətti