İngiltərənin ən yaxşısı seçildi

23:40 - 8 Noyabr 2013

Aquero fərqləndi
 
İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu mükafatının sahibi məlum olub.
 
Sportal.az xəbər verir ki, ötən ay göstərdiyi oyunla hər kəs tərəfindən bəyənilən "Mançester Siti"nin oyunçusu Serxio Aquero bu mükafata sahib çıxıb.
 
O, Premyer Liqada komanadasının "Everton" və "Vest Hem"ə 3:1 hesabı ilə qalib gəldiyi matçlarda iki, "Çelsi"yə məğlub olduqları görüşdə isə bir dəfə fərqlənib.
 
Bununla da S.Aquero futbolçu karyerası ərzində ilk dəfə bu mükafatı qazanıb.

Xəbər xətti