Bakı təmsilçisi həm xal itirdi, həm də futbolçu

01:20 - 9 Noyabr 2013

Dünən Premyer Liqada XIII tura start verilib. 

İlk oyun günündə“Rəvan” öz meydanında “Sumqayıt”ı qonaq edib.
 
 Sportal.az xəbər verir ki, oyun 1-1 hesabı ilə başa çatıb. "Rəvan" üçün 2 xal itkisi ilə yanaşı "Sumqayıt"la oyun 2 futbolçunun zədələnməsi ilə əhval korlayıb. Belə ki, komandanın aparıcı futbolçuları Cəmşid Məhərrəmov və Ramazan Abbasov
zədələnib. Hər iki futbolçunun durumuna sabah aydınlıq gələcək.

Xəbər xətti