"Napoli"dən daha bir transfer

23:44 - 9 Noyabr 2013

Benitez köhnə tələbəsini yanına gətirir
 
İtaliyanın "Napoli" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, son olaraq "Lion"da forma geyinən Antoni Revelyere ilə müqavilə imzalanıb. 

Müqaviləyə əsasən 34 yaşlı oyunçu mövsümün sonuna qədər "Napoli"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, son zamanlar ard-arda zədələnən Revelyere 10 il formasını geyindiyi "Lion"da 5 dəfə çempionluq sevinci yaşayıb. O, baş məşqçi Rafael Benitezlə 2003/2004 mövsümündə "Valensiya"da olarkən də çalışıb.

Xəbər xətti