Türkiyədə növbəti məşqçi istefası baş tutdu

08:48 - 10 Noyabr 2013

"Komanda 7 oyundur qalib gələ bilmir və bunun tək günahkarı mənəm"
 
Türkiyənin "Kayserispor" klubunun baş məşqçisi Robert Prosineçki "Beşiktaş"a 0:3 məğlub olduqları oyundan sonra istefa verdiyini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o,  LİG TV-yə verdiyi müsahibədə bunu rəsmən bildirib: "Komanda 7 oyundur qalib gələ bilmir və bunun tək günahkarı mənəm. Artıq davam etmək istəmirəm. İstefa verirəm.Yeni mütəxəssisin uğurlu olmağını diləyirəm. Bu andan etibarən "Kayserispor"un baş məşqçisi deyiləm Bu mənim qərarımdır. Qərarım dəyişməyəcək".

Xəbər xətti