"Dünən onu sözlə, bu gün isə qələbəmizlə təbrik etdik"

20:46 - 10 Noyabr 2013

Nazim Süleymanov: "Oyunda hər üç qolu özümüz vurduq"

 

“Klubumuzun prezidenti Sadıq Sadıqovun ad günü idi. Dünən onu sözlə, bu gün isə qələbəmizlə təbrik etdik. Oyunçulardan çox razıyam."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin çalışdırıcısı NAzim Süleymanov deyib. Süleymanov oyunçularından raz qladığını bildirdi:

 

"Saşa Stamenkoviç qırmızı vərəqə aldıqdan sonra komandada ruh düşkünlüyü yarandı. Lakin komanda özündə güc tapdı, oyunu qələbə ilə başa vurdu. Oyunda hər üç qolu özümüz vurduq, ikisini rəqib qapısına, birinə də öz qapımıza”.  

Xəbər xətti