Süleymanov:"Komandalara mane olmamaq lazımdır ki, oyunlarını göstərsinlər"

11:28 - 11 Noyabr 2013

"Hakimlik nəinki məni, stadionda olan heç kimi qane etmədi"
 
"Komandamız 10 nəfərlə oynadıq və qələbə qazandıq. "Bakı" komandasını da təbrik edirəm, ölkənin ən güclü klublarından biridir. Bu səviyyədə oyunların hakimlik səviyyəsi də yüksək olmalıdır. Sadəcə komandalara mane olmamaq lazımdır ki, öz oyunlarını göstərsinlər".
 
Bu özləri "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov "Bakı" ilə oyundan sonra Sportal.az-a açıqlamasında bildirib. O, bu oyunda hakimlikdən narazı olduğunu da dilə gətirib:
 
"Qələbə qazanmışıq. Bəzən elə məqamlar var idi ki, söhbət Saşa Stamenkoviçin meydandan qovulmasından getmir, ümumilikdə oyun ərzində gedən hakimlik nəinki məni, stadionda olan heç kimi qane etmədi"

Xəbər xətti