"Rəşad Sadiqov kimdir ki, mənim üstümə qışqırsın?!"

12:20 - 11 Noyabr 2013

Elvar Quliyev:"Mənim öz işim var, öz işimi görürəm"
 
Dünən "Neftçi"nin kapitanı Rəşad Sadiqov mətbuata açıqlamasında "Xəzər Lənkəran"ın tərcüməçisi Elvar Quliyevin futbolçulara söydüyünü və mənim də onun üzərinə qışıqırdığımı bildirnişdi. XL-in tərcüməçisi bu məsələyə Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
 
"Bu barədə çox danışmaq istəmirəm. 7 ildən artıqdır ki, Lənkəranda çalışıram,  oyun ərzində heç kimi söyməmişəm. Mənim öz işim var, öz işimi görürəm. O ki, qaldı onun dediyinə, tərcüməçi də söyürdü, mən də onun üstünə qışqırdım. Mən belə bir epizodu xatırlamıram. Bir də Rəşad Sadiqov kimdir ki, mənim üstümə qışqırsın?!"

Xəbər xətti