Xavi:"Yaxşı ki, o bizim komandada çıxış edir"

20:35 - 11 Noyabr 2013

"Məhz bu bacarığının hesabına “Barsa”ya artıq bir neçə qələbə qazandırıb"
 
"Barselona”nın aparıcı futboçularından olan Xavi Ernandes yerli mətbuata açıqlamasında komanda yoldaşı Neymar haqda danışıb. 
 
Sportal.az xəbər verir ki, Xavi braziliyalıya tərif yağdırıb: “Neymar əla oyunçudur. Bunu hələ Konfederasiya Kubokunda isbatlamışdı. Yaxşı ki, o bizim komandada çıxış edir. Neymar hərtərəfli futbolçudur: həm driblinq etməyi, həm yaxşı ötürmələr verməyi, həm də hücumları məntiqi sonluğa çatdırmağı bacarır. Məhz bu bacarığının hesabına “Barsa”ya artıq bir neçə qələbə qazandırıb. Neymarın potensialı böyükdür və o, tezliklə dünyanın ən yaxşılarından birinə çevriləcək”.

Xəbər xətti